MKT İstehsalat Kommersiya (MKT Cotton)

Usta köməkçisi

Bakı, Azərbaycan

27.03.23


Qeyd

Ustanın və ya texniki xidmət mühəndisinin göstərişi əsasında işlədiyi sahənin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;

2.       Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyyat hissələrinin hazır olmasını təmin etmək;

3.       Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;

4.       Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;

5.       Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri yerinə yetirmək;

6.       İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;

7.       İsitmə/soyutma sisteminin rütubət, hərarət, sovurma kanallarını təmizləmək, filterlərini vaxtında dəyişdirmək;

8.       Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq;

9.       Avadanlığın daxili və xarici səthlərini və hərəkət mexanizmlərini hava şlankı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;

10.     Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;

11.     Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək;

Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə edərək vəzifə öhdəliklərini yerinə yetirmək və bunun üçün daim öz üzərində işləmək.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Usta köməkçisi)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.03.23

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar